25 İyun 2024

Piton 45 yaşlı Fəridəni DİRİ-DİRİ UDDU – ŞOK

İndoneziyada piton qadını udub.

Bu barədə “Detik” portalı məlumat yayıb.

Qeyd olunub ki, hadisə Cənubi Sulavesi əyalətindəki kəndlərdən birində baş verib.

Belə ki, 45 yaşlı Fəridə adlı qadın iyunun 6-da yoxa çıxıb.

Axtarışlar zamanı kəndlilər qadının itkin düşdüyü yerin yaxınlığında qarnı şiş vəziyyətdə olan 5 metrlik pitona rast gəliblər. İlanı öldürən kənd sakinləri onun qarnından qadının cansız bədənini çıxarıblar.

İndoneziyada pitonun insanı udması ilk dəfə deyil. Oxşar hadisə 2022-ci ildə də qeydə alınıb. İlanın qurbanı plantasiyada işləyən 54 yaşlı qadın olub./Report