29 Mart 2024

“Şuşa virtual təbliğat mərkəzi” adlı layihənin icrası başa çatıb

Media1.az xəbər verir ki, layihəni “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Şuşa ili müsabiqəsi çərçivəsində həyata keçirib.

Təşkilatın sədri Anar Xəlilovun sözlərinə görə, Şuşanın virtual təbliği məqsədi ilə shushainfo.com saytı yaradılıb.

İnternet resursda Şuşa şəhərinin tarixi, tarixi-mədəniyyət abidələri, eksponatları, Şuşa rayonunda yazıb yaratmış tarixi şəxsiyyətlər, erməni quldurlarının işğal dövründə Şuşa şəhərində yaşayış və qeyri-yaşayış binalarına, eləcə də təbiətinə vurduğu ziyan, Azərbaycanın mədəniyyət paytaxtının iqtisadiyyatı, statistikası, işğaldan azad olunandan sonra Şuşa şəhərinin bərpası istiqamətində görülmüş işlər haqqında məlumatlar yerləşdirilib.

Saytla yanaşı “Söhbət “Şuşa”dan gedir” səndli filmi də hazırlanıb. Filim görkəmli şuşalı  musiqişünas tədqiqatçı alim  Firidun Şuşunskinin Şuşa adlı kitabı əsasında hazırlanıb.

Layihə çərçivəsində 30 ildən sonra Şuşaya qayıdan şuşalılarla və Bülbülün ev muzeyi haqqında iki kiçik video çarx da hazırlanıb.