27 İyul 2024

Şəhid Mübariz Muradovun Anım Günü keçirilib

Bərdə rayonunun Mustafaağalı kəndində Şəhid Mübariz Muradovun Anım Günü keçirilib.

Bərdə rayon İcra Hakimiyyətinin Mustafaağalı kənd İƏV üzrə nümayəndəsi, Boyəhmədli bələdiyyəsinin sədri, şəhid Mübariz Muradovun ailə üzvləri əvvəlcə şəhidin müqəddəs məzarını ziyarət ediblər. Məzarı üstə tər qərənfillər düzüblər.

Göyüş Qarayev adına Bərdə rayon Mustafaağalı kənd tam orta məktəbin müəllim kollektivi şəhid Mübariz Muradovun doğulub boya başa çatdığı ocağı ziyarət ediblər.

Onu da qeyd edək ki, Mübariz Heydər oğlu Muradov 13 dekabr 1976-cı ildə Bərdə rayonunun Mustafaağalı kəndində anadan olub, 27 dekabr 1995-ci ildə Murovdağ bölgəsində şəhid olub.

Sonda şəhid anası Əsli Muradova ilə xatirə şəkili çəkilib.