02 Mart 2024

Mehriban Əliyevadan “TEKNOFEST” festivalı ilə bağlı PAYLAŞIM

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalı ilə bağlı paylaşım edib.

Media1.az xəbər verir ki, paylaşımda deyilir:

“Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda “TEKNOFEST” festivalında iştirak ediblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyeva qardaş ölkənin texnoloji inkişafının daha bir göstəricisi olan “Togg” avtomobili ilə festivalın keçirildiyi məkana gəldilər”.