23 Dekabr 2024

Rusiyanın Odessadakı konsulu “persona-non-qrata” elan edilib

Ukraynanın Xarici İşlər Nazirliyi Rusiyanın Odessadakı konsulunu “arzuedilməz şəxs” (“persona-non-qrata”) elan edib.

“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Məlumata görə, konsul aprelin 30-dək Ukrayna ərazisini tərk etməlidir.

Bildirilib ki, Ukrayna XİN ölkəsinin Moskvadakı səfirliyinin əməkdaşının aprelin 26-da Rusiya Xarici İşlər Nazirliyi tərəfindən “persona-non-qrata” elan edilməsinə qətiyyətli qərarı ilə etirazını vurğulayıb.