27 İyul 2024

Rusiyada azərbaycanlılarla yerlilər arasında DAVA – Ölən və yaralananlar var

Rusiyanın Saratov şəhərində azərbaycanlılarla yerli sakinlər arasında dava düşüb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə məişət zəminində baş verib. 11 azərbaycanlı armatur və metal əşyalarla silahlanaraq sakinlərlə dalaşıblar.

Nəticədə sakinlərdən biri aldığı yaralardan komaya düşüb və xəstəxanada keçinib.

Saxlanılanlar var. Polis bir neçə azərbaycanlını həbs etsə də, digərlərinin axtarışları davam edir.