20 Aprel 2024

Bərdənin tikinti bazarında yanğın olub

Ötən gün saat 18:00 radələrində Bərdənin tikinti bazarında yanğın olub.

ATVFM.LİVE-in xəbərinə görə yanğın bazarın giriş qapısının sağındakı sexlərin arxasındakı boş qamışlıq ərazidə alovlanıb. Bitki örtüyü və zibillik olduğundan alov tez zamanda yayılmağa başlayıb. Yaxın sexin işçiləri alovu ram edə bilmədiklərindən əraziyə FHN-nin Bərdə bölməsinin əməkdaşları çağrılıb.

Tez bir zamanda yanğınsöndürmə briqadasının fədəkarlığı sayəsində yanğın söndürülüb.

Yanğın hadisəsinin səbəbi məlum olmadığından faktla bağlı FHN-nin yerli bölməsində araşdırma aparılır.