27 İyul 2024

“Real Madrid” İspaniya Kubokunun qalibi oldu

“Real Madrid” 20-ci dəfə İspaniya Kral Kubokunu qazanıb.

Madrid klubu turnirin həlledici oyununda “Osasuna”ya qalib gəlib. Sevilyadakı “Olimpiko de Sevilya-La Kartuxa” stadionunda keçirilən görüş “Real Madrid”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qaliblərin heyətində Rodriqo dubla imza atıb. “Osasuna”nın yeganə qolunu Lukas Torro vurub.

“Real Madrid” üçün bu qələbə İspaniya Kubokunda 20-ci olub. Turnirdə qazanılan kubokların sayına görə Madrid üçüncü yerdədir.

Qeyd edək ki, Madrid klubu 2014-cü ildən sonra ilk dəfə ölkə Kubokunu qazanıb.

Turnirdə qələbələrin sayına görə rekordçu 31 kubok qazanan “Barselona”dır. Siyahıda ikinci yerdə 23 qələbəsi olan “Atletik Bilbao” qərarlaşıb.\\“Report”