27 İyul 2024

“Qarabağ” milliləşdirilmiş braziliyalı ilə razılığa gəldi

Ölkəmizi avrokuboklarda təmsil edəcək “Qarabağ” mövsümün sonunda müqavilə müddəti başa çatacaq futbolçularla danışıqlara başlayıb.

Oxu.az-ın əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi Azərbaycan millisinin üzvü Riçard Almeyda ilə razılıq əldə edib. Milliləşdirilmiş braziliyalı orta xətt oyunçusu növbəti “futbol ili”ni də hazırkı klubunun heyətində keçirəcək.

Qeyd edək ki, 2012-18-ci illərdə də “Qarabağ”da forma geyinən 34 yaşlı oyunçu “Astana” (Qazaxıstan), “Baniyas” (Birləşmiş Ərəb Əmirlikləri) və “Zirə” klublarındakı karyerasından sonra 2021-ci ilin yayında yenidən “Qarabağ”a qayıdıb.