22 Dekabr 2024

Qazanılan qələbə dövlət və millət,milli-mənəvi birliyimizin qələbəsi oldu.

Ali Baş Komandan İlham Əliyev hər bir azərbaycanlının qəlbində xüsusi milli-mənəvi yeri olan Şuşanın azad edilməsi ilə bütün Qarabağı Azərbaycana qaytardı.Tarixən belə deyilib:Şuşa Qarabağın açarıdır,Şuşa kimdədirsə,Qarabağ da ondadır.Ümummilli Lider Heydər Əliyev deyirdi ki,Şuşasız Azərbaycan yoxdur.Şuşanın işğaldan azad edilməsi və yenidən qovuşması Azərbaycanın varlığı, inkişafı və daha güclü dövlət olması deməkdir.Prezident İlham Əliyev Azərbaycan üzüyünün qaşı olan Şuşanı qaytarıb yerinə qoymaqla tariximizdə mümkün olmayanı mümkün etdi, yuxularımızı,xəyallarımızı gerçəkləşdirdi.Hərbi əməliyyatların əvvəllərində bədxahlarımız yazırdılar ki,guya döyüşü pualar,dronlar udur.Şuşa şəhərində küçə döyüşlərində Azərbaycan əsgəri dünya hərb tarixində qızıl səhifələr yazdı.Bu səhifənin öyrənilməsi üçün hələ uzun illər lazım gələcək.

Azərbaycan təkcə hərb meydanında qələbə qazanmadı.Qazanılan qələbə Azərbaycan iqtisadiyyatının Ermənistan iqtisadiyyatı üzərində tarixi qələbəsi oldu.Qələbə Prezident İlham Əliyevin daim söylədiyi bir tezisin nəinki indiki şəraitdə düzgün olduğunu təsdiq etdi,eyni zamanda,millətimizin gələcək nəsilləri üçün də bir örnək oldu.O da ondan ibarətdir ki,biz iqtisadi cəhətdən müstəqil, güclü olmasaq,heç bir vəzifəni yerinə yetirə bilmərik.Məhz Prezident İlham Əliyevin yaratdığı iqtisadi cəhətdən güclü Azərbaycan müharibədə qalib gəldi.Cənubi Qafqaz iqtisadiyyatının təqribən 75 faizini təşkil edən Azərbaycan iqtisadiyyatı qarşısında Ermənistan heç bir zaman tab gətirə bilməzdi və tab gətirmədi də!

Qazanılan qələbə dövlət və millət,milli-mənəvi birliyimizin qələbəsi oldu.Əgər millət Prezident İlham Əliyevə güvənməsəydi,yürütdüyü siyasət nəticəsində dövlət hakimiyyəti və millət arasında sıx birlik və yekdillik yaradıla və deməli, qələbə də qazanıla bilməzdi.Yalnız güclü dövlət və güclü lider hər şeyə qadirdir.Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyev tərəfindən qurulan güclü Azərbaycan Respublikası dövlətini yeni şəraitə uyğun olaraq müasirləşdirərək qələbəni təmin etdi.Ən çətin və mürəkkəb şəraitdə bizi qələbəyə gətirən millət və dövlət birliyimizin baş memarı məhz Prezident İlham Əliyevin sarsılmaq iradəsi,qətiyyəti oldu.

Müharibə təkcə hərbi qələbə ilə başa çatmadı,eyni zamanda,özlərini hiyləgərliklə dünya ölkələrinə və xalqlarına uzun əsrlərboyu “mədəni xalq” kimi sırıyan ermənilərin iç üzünü bir daha açdı.Dünya maskası yırtılan erməni qəbiləsinin vəhşi olduğunu əyani olaraq gördü.Tərtər şəhərində,hərbi əməliyyatlar meydanından uzaqda yerləşən Gəncə,Bərdə və Ağcabədidə yaşayış binalarının qadağan edilmiş raketlərdən atəşə tutularaq dağıdılması təkcə ağır müharibə cinayəti deyil,eyni zamanda,erməni qəbiləsinin vəhşiliyinin göstəricisi idi. Soruşulur: müharibənin nə demək olduğunu bilməyən uşaqların öldürülməsinin adı nədir?

44 günlük müharibədə qazanılan qələbə ermənilərin bədbəxtliyinin köklərini bir daha üzə çıxardı.Göstərdi ki,erməni ünsürünün bədbəxtliyinin başlıca səbəbi son iki yüz ildə gəlib yerləşdikləri və aborigen olmadıqları regionun yerli xalqları ilə dil tapıb keçinməməkdə və üçüncü qüvvəni gətirməkdədir.Müstəqil yaşamaq təfəkkürünə və potensialına sahib olmadığından daim qul psixologiyasına malik olan bu ünsür Rusiyadan istifadə edib istəklərinə çatır,sonra xəyanət edərək ona arxadan zərbə endirir,çətin vəziyyətə düşən kimi “bizi xilas edin” deyə bağırır.Belə hesab edirlər ki,rus əsgərləri gəlib onların avantürsit xəyalları yolunda ölməli, rus anaları gözüyaşlı qalmalı, ermənilər isə yenə də özlərini həyasız aparmalıdırlar.Daha dövr o dövr deyildir.Erməni nağıllarına inananların sayı getdikcə azalır.

Müharibə, eyni zamanda,ermənilərin nicatının nədə olduğunu göstərdi.Ermənilərin nicatı qonşu ölkələrlə,ilk növbədə,Azərbaycanla dil tapıb yaşamaqdan keçir.Bu qəbilə başa düşmür ki,hər bir xalqın inkişafı üçün başlıca amil təkcə təbii sərvətlər,ərazi deyil,qarşılıqlı faydalı əməkdaşlıqdır. Ermənistan əsassız iddialarından əl çəkəcəyi və bu əməkdaşlığa hazır olacağı təqdirdə nə isə əldə edə bilər.Yoxsa,bu qurama dövlətin heç bir gələcəyi yoxdur.

Cavid Mustafayev,

YAP Goranboy rayon təşkilatının əməkdaşı.