27 İyul 2024

“Qarabağ” üçün yeni stadion tikilir – BU TARİXDƏN ETİBARƏN

Ağdam şəhərində “Qarabağ” üçün yeni stadion tikintisinə yaxın vaxtlarda başlanacaq.

İdmanxeber.az-a daxil olan məlumata görə, arenada çalışmalar yanvarda start götürəcək. Ağdam şəhərində hazırda yenidənqurma işləri davam edir. Tarixi “İmarət” stadionunun tikintisi isə növbəti ilin ilk ayında başlayacaq.

Xatırladaq ki, bir müddət öncə işğaldan azad olunmuş şəhərimizdə stadionunun tikiləcəyi xəbəri Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapmışdı.