27 İyul 2024

Ayan Allahverdiyeva dünya çempionu oldu

Azərbaycan idmançısı Ayan Allahverdiyeva İtaliyanın Montesilvano şəhərində 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Media1.az Report-a istinadən xəbər verir ki, o, 11 oyunda 9,5 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb.

Qeyd edək ki, yarışda 94 ölkədən 1000-ə yaxın şahmatçı iştirak edir.