23 Dekabr 2024

Polis pişiyin ayaqlarının kəsilməsi ilə bağlı araşdırmalara başladı

Xaçmazda pişiyin üç ayağının kəsilməsi ilə bağlı Rayon Polis Şöbəsində (RPŞ) araşdırmalar aparılır.

“Report”un xəbərinə görə, hazırda RPŞ-də heyvana qarşı rəhimsiz rəftar göstərən şəxsin müəyyən olunması istiqamətində aktiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, ötən həftə sosial şəbəkələrdə Xaçmazda pişiyin 3 ayağının kəsilməsi ilə bağlı videogörüntülər yayılıb. Yayılan məlumata görə, bu əməli qəssab pişiyin ona məxsus əti yeməsinə görə törədib.