Paşinyan: “Ter-Petrosyan mənə Qarabağı qaytarmağı təklif etmişdi”
“Birinci prezidentin 2018-ci ilin iyulunda mənimlə görüşündə dedikləri sirri açacağam”
Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan hələ 2018-ci ildə Baş nazir Nikol Paşinyana Qarabağda torpaqları geri qaytarmağı təklif edib.
“Sputnik Armenia”nın verdiyi xəbərə görə, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
“Birinci prezidentin 2018-ci ilin iyulunda mənimlə görüşündə dedikləri sirri açacağam. Sitat gətrirəm: “Torpaqlar artıq verməlisən”. Nəyin qarşılığında? Niyə? Necə? Hər halda eks-prezidentin həmin gün formalaşmış təsəvvürü bu çərçivədən kənara çıxmırdı, qalan digər şeylər qiymətləndirmə mövzusudur”, – deyə Paşinyan qeyd edib.
Aznews.az