27 İyul 2024

Parlament Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclas keçirir

Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclası başlayıb. İclasdan öncə qonaqlar Heydər Əliyevin həyat yolunu, siyasi fəaliyyətini əks etdirən fotosərgiyə baxıblar. Eyni zamanda deputat Ülviyyə Həmzəyevanın fərdi sərgisi də maraqla izlənilib. Sərgidə Şuşanın rəngli boya ilə ərsəyə gətirilmiş əksi və H.Əliyevin olduqca maraq doğuran portreti yer alırdı.

Daha sonra spiker Sahibə Qafarovanın rəhbərliyi ilə xüsusi iclas öz işinə başlayıb. iclasda 30-a yaxın xarici ölkənin parlamentinin, o cümlədən Ərəb Parlamenti, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk PA və Parlamentlərarası İttifaqın nümayəndə heyətlərinin üzvləri iştirak edir.

 E.Paşasoy,

Musavat.com