27 İyul 2024

Bərdə kollecində Ümummilli liderin 100 illiyinə həsr olunan tədbir İngilis-Azərbaycan dillərində təqdim olunub

Mayın 17-də Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbirlər planına uyğun olaraq Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci müəllim və tələbələrinin təşkil etdiyi tədbir iştirakçılar arasında maraqla qarşılanıb.

Tədbir tələbə Oksana Məhərrəmovanın aparıcılığı və kollecin ingilis dili müəlliməsi Validə Məmmədovanın bədii rəhbərliyi ilə İngilis-Azərbaycan dillərində hazırlanmış ədəbi-bədii-publisistik formada keçirilib.

Ümummilli lider haqqında kollecin ingilis dili müəlliməsi Validə Məmmədova məlumat verib. Dahi şəxsiyyətin həyat və fəaliyyəti barədə məlumatlar İngilis-Azərbaycan dillərində səsləndirilib. Bu da ümummilli liderlə bağlı keçirilən tədbirlərdən fərqliliyi ilə yadda qalıb.

Təqdim olunan video-çarxlar ümummilli lider haqqında keçirilən tədbiri daha da maraqlı edib.

Bərdə Dövlət İdarə etmə və Texnologiya Kollecinin direktoru Xosrov Musayev Ümummilli liderlə bağlı davamlı olaraq tədbirlərin keçirildiyini bildirib. Qeyd edib ki, ilin sonuna qədər belə tədbirlər davaml olacaq.

Tədbirə dəvət olunan qonaqlar da tədbir haqqında təəssüratlarını bölüşüblər. Qeyd ediblər ki, ümummilli liderlə bağlı təşkil olunan tədbir olduqca maraqlı hazırlanıb.

Onu da qeyd edək ki, musiqili kompozisiya tədbiri daha da yaddaqalan edib.

Musa Muradlı- Media1.az