Nikol Paşinyan: “Lələtəpəni tutmaq əmrini mən verməmişəm”
“Mənim Qarabağ savaşında Lələtəpəni almaqda israr etdiyim barədə iddialar əsassızdır”.
Media1.az Musavat.com-a istinadən istinadən xəbər verir ki, erməni mediasında səslənmiş bu sözlər Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən ölkə parlamentində etdiyi çıxış zamanı səslənib.
Nikol Paşinyan “Lələtəpə” əməliyyatı ilə bağlı vaxtilə onun partiyasından deputat seçilmiş, lakin 10 noyabr anlaşmasından sonra partiya sıralarını tərk edən Taqui Tavmasyanın suallarına cavab verib.
“İndi deyirlər ki, guya Serj Sərkisyanın təslim etdiyi yüksəkliyi geri almaq əmrini mən vermişəm. Bunun nəticəsində də Ermənistan ordusu döyüşdə 700 əsgər itirib. Tam cəfəngiyyatdır. Həmin təklif bir general tərəfindən səsləndi. Onun fikrincə, belə bir əməliyyat tamamilə məqbul görünürdü. Elə qərarlar da onun icra edilməsinə cavabdehlik daşıyan generallar tərəfindən qəbul olunub. Mən sadəcə olaraq söhbətin şəklini dəyişdim və öz fikrimi bildirmədim”, -deyə Nikol Paşinyan bildirib.
Bununla belə o, müharibədəki bir çox epizodun araşdırılmalı olduğunu etiraf edib.
Ermənistan mediası isə Lələtəpə əməliyyatı ilə bağlı qərarların qəbul olunması zamanı Nikol Paşinyanın arvadı Anna Akobyanın hansı səbəbdən və hansı statusda qərargahda olması ilə maraqlanır. Bir çox xəbərlərdə məhz Anna Akobyanın Lələtəpəni geri almaqda israrçı olduğu göstərilib.