28 Mart 2024

Milli Məclisin deputatı İlham Məmmədov yevlaxlı seçiciləri ilə görüşüb

Milli Məclisin deputatı İlham Məmmədov 16 yanvar 2023-cü il tarixdə YAP Yevlax Rayon Təşkilatının inzibati binasında vətəndaşları qəbul edib. İlham Məmmədov onların hər birini ayrı-ayrılıqda dinləyərək, yerində həll olunan problemlerin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirib. Eyni zamanda vətəndaşları narahat edən digər problemlərin həlli istiqamətində köməklik göstərilməsinə çalışacağını qeyd edib. Qəbulda olan Vətən müharibəsi qazisi Yevlax rayon Kövər kənd sakini Şahməmmədov Pərvin Şahməmməd oğlunun müraciətinə uyğun olaraq aidiyyatı qurumlarla əlaqə saxlanılıb, həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

Deputat seçiciləri ilə görüşdə möhtərəm Prezident İlham Əliyevin əhalinin sosial rifahının yüksəldilməsi naminə qanunlara edilən əlavə və dəyişikliklərdən söhbət açaraq, qeyd edib ki, hər il cənab Prezidentin imzaladığı fərman və sərəncamların 65 faizi məhz sosialyönümlü olur. Prezident İlham Əliyevin 2023-cü il üçün müəyyənləşdirdiyi sosial dəstək paketi də bunun bariz təcəssümüdür. Dövlət başçısının 5 və 13 yanvar tarixli fərman və sərəncamlarına əsasən vətəndaşların müavinət və təqaüdlərində növbəti artımların edilməsi il bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində brifinq keçirilib və bütün sahələrə edilən artımlar barədə ətraflı məlumat verilib.Dövlət başçısının bu istiqamətdə imzaladığı fərman və sərəncamlar ümumilikdə 1 milyon 900 min vətəndaşı əhatə edəcək.
İlham Məmmədov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən bütün tədbirlər xalqımızın maraqları naminə hesablanmışdır.