27 May 2024

KOBİA-nin təşkilatçiliği ilə Bərdə rayonunda sahibkarlarla görüş keçirilmişdir

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən rayon sahibkarlarının bilik və bacarıqlarının artırılması, sahibkarlıq fəaliyyətində sığortanın önəmi, sahibkarlara məsləhət xidmətlərinin göstərilməsi, müvafiq sahədə fəaliyyət göstərən sahibkarlar arasında əlaqələrin qurulması, onların üzləşdiyi çətinliklərlə bağlı problemlərin dinlənilməsi və təkliflərin müzakirəsi məqsədi ilə görüş keçirilmişdir. Görüşdə KOBİA-nın Yuxarı Qarabağ regional koordinatorluğunun koordinatoru Hafiz Sadıqov, Tərtər KOB Dostu nümayəndəsi Sənan Əhmədzadə, rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Damət Ələkbərov, İqtisadiyyat Nazirliyinin Yuxarı Qarabağ regional bölməsinin müdiri Müşfiq İbişov, Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Vüqar İsmayılov və digər dövlət qurumlarının, sığorta şirkətlərinin nümayəndələri iştirak etmişlər.