25 Oktyabr 2024

Maştağada gecə 30 yaşlı kişi öldürülüb

Martın 16-da saat 01 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsində 1993-cü il təvəllüdlü Əli Seyidlinin kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətindən Media1.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.