29 Mart 2024

14 yaşlı şagirdinə təcavüz edən müəllimə 38 il həbs

Ankarada din mədəniyyəti və əxlaq müəllimi olan Münir Yükselmiş tələbəsi F.N.Ö.-yə qarşı cinsi istismar və təcavüz ittihamı ilə saxlanıldığı iş üzrə 38 il 9 ay həbs cəzasına məhkum edilib.

Musavat.com xəbər verir ki, M.Yükselmiş məhkəmədəki müdafiəsi hər kəsi şoka salıb.

“Etdiyimiz gecə söhbətləri də təhsil üçün idi”,-deyə Münir Yükselmiş bildirib.

Ankaranın Keçiören rayonundakı məktəbdə təhsil alan F.N.Ö. 2021-ci ildə qızın ailəsinin şikayəti ilə din mədəniyyəti və əxlaq müəllimi olan Münir Yükselmiş haqqında istintaq başladılıb. Münir Yükselmiş prokurorluğa və Ədliyyə Tibb Təşkilatına təqdim edilən cinsi məzmunlu mesajlardan sonra həbs edilib. Prokurorluq tərəfindən aparılan araşdırmalar nəticəsində aşkar edilən cinayətlərinə görə 83 ilə qədər həbs cəzası ilə bağlı iddia qaldırılıb.

Keçirilən sonuncu məhkəmə iş ilə bağlı yekun qərarını verib. Münir Yükselmiş törətdiyi əməllərə görə, 38 il 9 ay həbs cəzasına məhkum edilib.