29 Mart 2024

Kür çayında balıq tutmaq istəyən şəxs batıb

Kür çayında balıq tutmaq istəyən şəxs batıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə çayın Tovuz rayonun Qədirli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayon sakini 1975-ci il təvəllüdlü Eldəniz Mikayıl oğlu Məmmədov Kür çayında balıq tutan zaman batıb.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat verilib. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Hazırda onun axtarışları davam etdirilir.