09 Dekabr 2024

Füzulidə azad edilmiş ərazilərə keçmək istəyən şəxs həbs olundu – FOTO

Füzuli rayonunda azad edilmiş ərazilərə keçmək istəyən şəxs həbs olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Belə ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini Xəyal Quliyev idarə etdiyi avtomobillə rayonun işğaldan azad edilmiş ərazilərinə stasionar postlardan kənar yollarla daxil olmaq istəyərkən saxlanılıb.

Yoxlamalar zamanı onun müvafiq icazəsinin olmadığı müəyyən edilib. X.Quliyev barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.

Qərara əsasən 25 gün müddətinə inzibati qaydada həbs edilib.