27 İyul 2024

İdman ölkəsi olan Azərbaycan üçün uğurlu il – 2022

“Hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olmuşdur. Bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Çünki keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanın dinamik inkişafı təmin olundu.”                                                              
                                                      İlham Əliyev

Bu sözləri, 2023-cü ilin yanvarın 9-da  ötən ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı möhtərəm Prezidentimiz, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev səsləndirmişdir.
Gənclərimizə  Dövlətimiz tərəfindən göstərilən diqqət və qayğının nəticəsidir ki, Azərbaycan gəncliyi bütün sahələrdə öz iştirakı, fəallığı ilə seçilir. Bütün uğurlu sahələrdə olduğu kimi gənclərimiz idman sahəsində də bir daha öz sözünü deyir, bir-birinin ardınca uğurlara imza atır. Onların səsinin  beynəlxalq arenadan gəlməsi  təsadüfi deyil. Bu Azərbaycanın idman ölkəsi oluğunu bir daha sübut edir.
2022-ci ilin idman yekunlarına həsr olunan görüş zamanı Cənab Prezidentimiz qeyd etmişdir ki: idmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar, onlardan 300-ə yaxını qızıl medaldır. Doğrudan da böyük nailiyyətdir. Çünki dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil.
Əlbəttə ki, dövlətimiz tərəfindən idmanın kütləviliyi təmin edilərək ölkədə sağlam , vətənpərvər nəsil formalaşdırılır.
Heç təsadüfi deyil ki, illərlə  işğal altında qalan  ərazilərimizin  mənfur düşməndən azad olunmasında, məhz idmançı əsgər və  zabitlərimizin   xüsusi rolu olmuşdur. Ali Baş Komandanımızın “İrəli, Azərbaycan əsgəri!” çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdi, üçrəngli bayrağımızı Qarabağda dalğalandırdılar.
İnanırıq ki, bundan sonra da idmançılarımız bizi öz parlaq qələbələri ilə sevindirəcək.
Üçrəngli bayrağımız daim ucalarda dalğalansın! Eşq olsun Azərbaycanımıza!

Fidan Nəsirli –  Bərdə rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi