23 Dekabr 2024

İdarə rəisi Sərdar Əhmədovdan şəhid anasının müraciətinə cavab : 500 metrlik kanal təmizləndi.

Musa Muradlı, Media1.az

Bərdə rayonunun Mustafağalı kənd sakini , şəhid anası Əsli Muradova istifadəsində olan əkin sahəsi qaynama suların altında qaldığından təsərrüfat işləri ilə məşğul ola bilmir.

Media1.az xəbər verir ki, problem 10 ildən artıqdır ki, mövcuddur. Buna  səbəb  ərazinin melorasiya  sisteminin sıradan çıxmasıdır. Məsələ ilə bağlı olaraq “ Melorasiya və Su Təsərrüfatı” ASC-nin keçmiş  rəisi Əhməd Əhmədzadəyə və onun yerli Qarabağ Meşə Melorasiya İdarəsinə dəfələrlə müraciət olunsa da şəhid anasına köməklik göstərilməyib.

Onu da qeyd edək ki, mövcud problem şəhid  anası Əsli Muradova ilə yanaşı başqa fermərləri də əhatə edir.

Hazırda şəhid anası Əsli Muradova ona məxsus torpaq  sahəsində pambıq üçün əkin və arat işləri aparıb. Səpin mövsümü  yekunlaşmaq üzrə olsa da , ancaq, buna baxmayaraq  təsərrüfat  işlərinə başlaya bilmir. Səbəb də əkin sahəsində suyun qaynamasıdır.

Ərazidə yaranmış su qaynamasının səbəbi iki amillə izah olunur. Yaxınlıqdan keçən suvarma kanalı beton yaxud da boru ötürücüsünə malik olmadığından su torpağa süzülür. Mövcud melorasiya sisteminin sıradan çıxması isə filtrasiyasını təmin edə bilmədiyindən suyun süzülüb ərazidən kənarlaşmasını təmin edə bilmir. Su səviyyəcə aşağı olan torpaq sahələrində qaynamağa başlayır.

Şəhid anası Əsli Muradovanın Bərdə Suvarma Sistemləri İdarəsinə etdiyi müraciətə adı çəkilən idarənin müdiri Sərdar Əhmədov müsbət cavab verib.

Aprelin 20-də problemli ərazidən keçən suvarma kanalının 500 metrəlik hissəsi lilləmə və kollamalardan təmizlənmişdir.

Ancaq, buna baxmayaraq qrunt sularının qaynamasının qarşısını almaq mümkün deyil. Problemin həlli üçün ya melorasiya sistemi təkmilləşdirilməli, drenajlar və şor kanallar yenidən qurulmalı, ya da suvarma kanalı beton üzlüklə örtülməlidir.

Hansı ki, prezidentimiz cənab İlham Əliyev su itkilərinin aradan qaldırılması və torpaqların münbitliyinin qarşısının alınması və şoranlaşma sayəsində torpaqların sıradan çıxmasına imkan verməmək üçün kanalların daha müasir üsullardan istifadə olunmaqla inşasının vacibliyini vurğulayıb.

Ümid edək ki, Əhməd Əhmədzadədən şəhid anası Əsli Muradovaya miras qalmış “su qaynaması” problemi Melorasiya və Su Təsərrüfatı ASC-nin yeni sədri Zaur Mikayılovun  yardımı ilə müsbət həllini tapmış olacaq.