27 İyul 2024

Əziz Orucov saxlanıldı

“Kanal 13″ internet kanalının rəhbəri Əziz Orucovun mənzilində axtarış aparılıb.

Musavat.com xəbər verir ki, bu barədə Əziz Orucovun qardaşını Anar Orucov feysbuk hesabında məlumat yayıb. 

O bildirib ki, Əziz Orucovun evində Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən axtarış aparılıb.

Vəkil Bəhruz Bayramov da Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının Əziz Orucovun evində axtarış aparmasını təsdiqləyib. Məlumata görə, Əziz Orucov hazırda polis idarəsinə aparılır. Əziz Orucovun saxlanma səbəbi hələlik məlum deyil.

Musavat.com