22 Dekabr 2024

ETSN: Çaylarda sululuq artacaq, bölgələrdə sel olacaq

Sentyabrın 6-dan 8-i gündüzədək gözlənilən yağışlarla əlaqədar əksər çaylarda sululuğun artacağı gözlənilir.

Bu barədə Media1.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev məlumat verib.

Dağlıq və dağətəyi rayonlarda yağışın intensiv və leysan xarakterli olacağı ilə əlaqədar Böyük Qafqazın Balakən-Şəki, Oğuz-Qəbələ, Quba-Xaçmaz, Kiçik Qafqazın Daşkəsən-Gədəbəy, Goranboy-Göygöl, Qazax-Gəncə bölgələri və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Hava şəraitinin quraq keçməsi ilə əlaqədar respublikanın tranzit çaylarında sululuq normadan 47 %, yerli çaylarda isə 20 % aşağı olub.