25 İyun 2024

Ermənistan MTX Ceyhun Hüseynovla bağlı MƏLUMAT YAYDI

Ermənistan Milli Təhlükəsizlik Xidmətində Azərbaycan hərbçisinin sərhədi keçməsi ilə bağlı faktiki məlumat yoxdur.

Musavat.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a məxfi xidmət məlumat verib.

MTX-dən bildirilib ki, yeni məlumatlar əldə olunarsa, əlavə dəqiqləşdirmələr təqdim ediləcək.

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitində itkin düşüb.

Nigar HƏSƏNLİ