25 İyun 2024

Hərbi qulluqçumuz naməlum şəraitdə itkin düşdü – RƏSMİ

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitində itkin düşüb.

Bu barədə Media1.az-a Müdafiə Nazirliyindən bildirilib.

Hərbi qulluqçumuzun axtarışı ilə bağlı zəruri tədbirlər görülür.