20 İyul 2024

Sülhməramlılar Azərbaycanı tam tərk etdi- Rəsmi – VİDEO

Vətən Müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi iyunun 12-də başa çatıb.

Bu barədə Musvata.com-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası ərazimizi tam tərk edib.