23 Dekabr 2024

Ermənistanda gərginlik: etirazçılar Şirak vilayət administrasiyasına soxuldular – foto

Azərbaycanda saxlanılan erməni diversiya qrupunun üzvlərinin valideynləri bu gün Şirak vilayət administrasiyasının fəaliyyətini iflic ediblər.

Media1.az erməni mediasına istinadən xəbər verir ki, valideynlər administrasiya binasına daxil olaraq giriş-çıxışı bağlayıblar. Etirazçılar təcili şəkildə baş nazir Nikol Paşinyan və Şirak vilayətinin qubernatoru Ovanes Arutyunyanla görüş tələb ediblər.

Bu gün səhər isə onlar Ermənistan ambudsmanı Arman Tatoyanla görüşüblər. Gün ərzində onlar etirazçılar mərkəzi küçələrdə də həyatı iflic ediblər.

Erməni mediasının iddiasına görə, Azərbaycan 70 əsiri geri qaytarsa da, hələ də 300 nəfərə yaxın (?!-M.) “əsir” saxlanılır. Bakı isə birmənalı şəkildə bu iddianı rədd edir və ölkəmizdə ancaq terror törətmiş şəxslərin saxlandığını bəyan edir.