23 Dekabr 2024

Erməni terrorçuların yaxınları yolları kəsdi – foto

Aprelin 9-da Ermənistanın Şirak vilayətindən olan sakinlər etiraz aksiyasına başlayıblar. Media1.az bununla bağlı Musavat.com-a istinadən xəbər verir. Erməni mediasından əldə olunmuş məlumata görə, sakinlər Gümrü- İrəvan yolunu bağlayıblar. Etirazçıların Aşotsk və Vanadzor magistralını da blokladığı xəbər verilir. “Bizim tələbimiz birdir: yaxınlarımızın geri qaytarılması, başqa tələbimiz yoxdur”,- etirazçılardan biri deyib.

Bununla da onlar Azərbaycanda saxlanılan bir qrup terrorçunun azad olunması üçün hökumətə təzyiq göstərməyə çalışırlar.

Xatırladaq ki, 10 noyabr bəyannaməsinin imzalanmasından xeyli müddət sonra, dekabrın 16-da Şirak vilayətindən terror törətmək məqsədilə göndərilmiş diversiya qrupu Qarabağın dağlıq hissəsində Azərbaycan tərəfindən zərərsizləşdirilib və hazırda onlarla bağlı araşdırmalar davam etdirilir.

Paralel olaraq itkin düşən erməni hərbçilərin yaxınları Ermənistan Müdafiə Nazirliyini dünəndən etibarən mühasirədə saxlayır.

Ötən gecə ermənilərin “hərbi əsir” adlandırdığı terrorçuların geri qaytarıldığı barədə xəbər yayılsa da, sonradan bu, təsdiqini tapmadı.