Ərdoğan Kahramanmaraşa getdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşa gedib.
Ərdoğan ilk olaraq Kahramanmaraş hava limanında daxili işlər naziri Süleyman Soylu və digər rəsmilərdən zəlzələlərdən sonra görülən işlər barədə məlumat alıb.
Prezident Ərdoğan AFAD-ın “12 Fevral Stadionu”nda qurduğu çadır şəhərciyinə baş çəkəcək və bölgədə yoxlamalar aparacaq.
Rəcəb Tayyib Ərdoğanla birlikdə AK Partiyanın sədr müavinləri Binəli Yıldırım və Numan Kurtulmuş, Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Fahrettin Altun və Prezidentin sözçüsü İbrahim Kalın da bölgəyə gəliblər.
Mənbə: Habertürk