29 Mart 2024

Əlillər günü ərəfəsində Bərdə kitabxanası səyyar xidmət təşkil edib

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə rayon MKS-nin Qaradəmirçi kənd kitabxana filialının əməkdaşı sağlamlığı məhdud sakinlərlə görüşüb.

Media1.az-ın xəbərinə görə, 3 dekabr – Beynəlxalq Əlillər Günü ərəfəsində sağlamlığı məhdud oxucular Oktay Babayev , Niyaz Nəsibov , Nuray Nəsibzadə evlərində ziyarət edilib və onlara səyyar kitabxana xidməti göstərilib.

Kitabxana filialınını xoş məramlı fəaliyyəti məmnunluq hissi ilə qarşılanıb.