27 İyul 2024

Bərdənin musiqi məktəbləri Qazaxıstanda keçirilən beynəlxalq müsabiqədə uğur qazanıblar

Bərdə şəhər 1 nömrəli Uşaq incəsənət və Bərdə şəhər 2 nömrəli Uşaq musiqi məktəblərinin şagirdləri Qazaxıstanda keçirilən beynəlxalq müsabiqədə uğur qazanıblar.

Regional idarənin tabeliyində fəaliyyət göstərən Bərdə şəhər 1 nömrəli Uşaq İncəsənət məktəbinin və Bərdə şəhər şəhid Fərahim Quliyev adına 2 nömrəli Uşaq musiqi məktəbinin şagirdləri Qazaxıstanda keçirilən “Universal Stars” musiqi festivalında iştirak edərək uğur qazanıblar.

Media1.az-ın xəbərinə görə, Bərdə şəhər 1 nömrəli Uşaq İncəsənət məktəbinin violin ixtisası üzrə IV sinif şagirdi Məmmədli Banuçiçək-I yer, fortepiano ixtisası üzrə V sinif şagirdi Cabbarova Aysel-II yer, qarmon ixtisası üzrə IV sinif şagirdi Heydərov Həsən-I yerə layiq görülüb. Müsabiqə komissiyası tərəfindən gənc istedadların müəllimləri təşəkkürnamə ilə təltif olunublar.Bərdə şəhər 2 nömrəli Uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə II sinif şagirdi İsmayılzadə Aylin-II yer, IV sinif şagirdi Süleymanzadə Ülkər-III yer, tar ixtisası üzrə V sinif şagirdi Kərimov Rəvan I yerə layiq görülərək diplomla təltif olunublar.

Onu da qeyd edək ki, gənc istedadların müəllimləri müsabiqə komissiyası tərəfindən təşəkkürnamə ilə təltif olunublar.