27 İyul 2024

Əbülfəz Elçibəyin 85 illiyi münasibətilə gənclər arasında şahmat turnirinə start verildi – FOTO

Milli Azadlıq Hərəkatının Lideri, Eks-Prezident Əbülfəz Elçibəyin 85 illiyi münasibəti ilə planlaşdırılan tədbirlər silsiləsinə bu gün Bakı şəhərində gənclər arasında keçirilən şahmat turniri ilə start verilib.

Musavat.com xəbər verir ki, tədbirin təşəbbüskarı və təşkilatçısı Milli Hərəkatcilar Birliyidir.

Qatılanların çoxluğu və xüsusi maraqla diqqət çəkən turniri  MHB başkanı Arif Acaloglu qısa giriş nitqi ilə açıq elan edib. Yarış iştirakçılarına uğur arzulayan MHB başkanı gənc nəsildə və uşaqlarda olan Elçibəy sevgisinin təqdirəlayiq olduğunu, turnirə yüksək maraq və diqqətdən məmnun olduğunu söyləyib.

Daha sonra yarış başlanıb. Turnir sonunda final mərhələsinə çıxan 16 gənc şahmatçıya diplomlar təqdim edilib. Qeyd edilib ki, əsas yerlərin sahibləri 24 iyun saat 15:00-da “ Xudafərin Şadlıq Saryı”nda keçiriləcək “Əbülfəz Elçibəy-85” tədbirində mükafatlandırılacaq və tutduqları yerlərə uyğun medallarla təltif ediləcəklər.