27 İyul 2024

Dövlət Komissiyası Gədəbəyin Söyüdlü kəndində sakinlərlə görüş keçirib – FOTOLAR

Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan komissiyanın üzvləri kənd sakinləri ilə görüşüblər.

APA-nın yerli bürosunun məlumatına görə, görüşdə ərazidə süni gölün tikintisi ilə bağlı yaranmış vəziyyət müzakirə olunub, komissiya üzvləri sakinlərin fikirlərini dinləyiblər.