Çexiya 18 rus diplomatını ölkədən qovur
Çexiya Respublikası 18 rus diplomatının ölkədən qovulması haqqında qərar çıxarıb.
Media1.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə baş nazirin müavini və xarici işlər naziri Yana Qamaçeka məlumat yayıb.
Xəbərdə səfirlik əməkdaşlarının diplomatik xidmətə uyğun olmayan fəaliyyətlə məşğul olduqları, onların daha çox Rusiyanın xüsusi xidmət orqanlarına çalışdıqları göstərilib. Baş nazirin müavinin bildirdiyinə əsasən, rus diplomatlarına ölkə ərazisini tərk etmələri üçün 48 saat vaxt verilib.
Çexiyanın baş naziri Andrey Babişin sözlərinə görə rəsmi Praqa 2014-cü ildə Vrbetitse şəhərində silah-sursat anbarında törədilən partlayışda Rusiya kəşfiyyyatının əli olmasından şübhələnir.
Həmin vaxt on min kiloqram sursat, o cümlədən orta mənzilli raketlər məhv edilmişdi. Nəticədə iki adam həlak olmuşdu.