Bu rayonlara qar yağır – Faktiki HAVA
![](https://media1.az/wp-content/uploads/2023/01/16caffbbd923a6d81e69b5ac6f6c2108.jpg)
Yanvarın 7-nə saat 17:00-a olan məlumata əsasən, Qubada, Gədəbəydə, Daşkəsəndə, Qusarda, Altıağacda, Xaltanda qar yağır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Media1.az-a verilən məlumata görə, şimal-qərb küləyi Göyçayda 21 m/s, Tərtər, Qəbələ, Ağdam, Naftalanda 20 m/s, Şəki, Daşkəsəndə 18 m/s, Bakıda 17 m/s olub.
Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.0 metrə çatıb.