27 İyul 2024

Laçın-Xankəndi yolunda aksiyalar nə vaxtadək davam edəcək? – RƏSMİ AÇIQLAMA

“İşğaldan azad olunmuş ərazilərdə yataqlarımızın qanunsuz istismarı və ekologiyanın pozulması istiqamətində hər hansısa bir irəliləyiş yoxdur”.

Media1.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Xidmət rəisi bildirib ki, bunun üçün ictimai fəallar tərəfindən aksiya keçirilir.

“Aksiyaçıların tələbləri çox normaldır. Onlar sözügedən ərazidə monitorinqlərə razılıq verilməsini tələb edirlər. Düşünürəm ki, nəticə əldə olunana qədər aksiyalar davam edəcək”. , – deyə o, qeyd edib.