29 Mart 2024

Şuşadan qar-qış görüntüləri: aksiya bu şərtlərdə davam edir – VİDEO

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir.

Musavat.com xəbər verir ki, Şuşaya qar yağmasına baxmayaraq, dinc aksiyaya qoşulan ekofəallar geri çəkilmir, öz tələblərini irəli sürürlər.

Məlumata görə, etirazçılar davamlı olaraq isti yer, isti çay və yeməklə təmin olunurlar.

Xatırladaq ki, Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 28 gündür davam edir.