22 Aprel 2024

Bu ölkədə balıqlar kütləvi şəkildə ÖLDÜ – QORXUNC GÖRÜNTÜLƏR

Avstraliyanın Yeni Cənubi Uels əyalətindəki Darlinq çayında yüz minlərlə balıq tələf olub.

Musavat.com xəbər verir ki, hazırda ölü balıqların çürüməsi səbəbindən çaydakı oksigenin azaldığı və bunun da ölümlərin artması ilə nəticələnə biləcəyi açıqlanıb.

Darlinq-Baaka çayı Avstraliyanın ən böyük çay sistemi olan Murray Darlinq hövzəsinin qoludur. Quraqlıq və artan antropogen istehlak Murray Darling ekosisteminə ciddi ziyan vurur.
 
Qeyd edək ki, 2012-ci ildə çayın qurumasını dayandırmaq və onu daha sağlam səviyyəyə qaytarmaq üçün 13 milyard dollar dəyərində plan həyata keçirilib.