19 Mart 2024

Rusiya “Taxıl müqaviləsi”ni 60 gün uzadır

Rusiya “Taxıl müqaviləsi”nin müddətini 60 gün uzadacağını açıqlayıb.

Media1.az bu barədə xarici mediaya istinadən xəbər verir. 

Məlumata görə, Ukrayna müqavilənin 120 gün uzadılması lazım olduğunu bəyan edib.

“Taxıl müqaviləsi” 2022-ci il iyulun 22-də İstanbulda bağlanıb. BMT, Rusiya, Türkiyə və Ukraynanın iştirakı ilə iki sənəd – Ukraynanın üç limanından (Çernomorsk, Odessa və Yujnı) taxılın ixracı üçün dəhliz yaradılması, eləcə də Rusiya ərzaq və gübrə ixracı sahəsində maneələrin aradan qaldırılması haqqında sənəd imzalanıb. Təşəbbüsün vaxtı 2022-ci ilin noyabrında 120 gün müddətinə uzadılıb və martın 18-də başa çatır.