22 Dekabr 2024

Brüssel görüşü Azərbaycanın qələbəsidir

Bürüsseldəki cənab Prezident İlham Əliyevin iştirakı ilə olan görüş Avropanı sülhə məcbur edən Azərbaycanın regionda yaratdığı reallıqdır. Onlar 3 il bundan öncə bu sülhdən danışmırdılar. Amma Azərbaycan cənab Prezidentin rəhbərliyi ilə işğal altında olan torpaqları işğaldan azad etdikdən sonra bölgənin siyasi xəritəsini dəyişib, mənzərəsini dəyişib və müharibədən sonrakı dövrdə bizim qarşımıza əsas məqsədlərdən biri ölkədə davamlı təhlükəsizlik və sülhün bərpa olunmasıdır.
İki gün bundan öncə Brüsseldə olan görüşdə Azərbaycan tərəfinin ortaya qoyduğu 5 maddədən ibarət bir sülh məsələsi var ki, hansı ki, o bu günki müasir dünyanın bütün beynəlxalq münasubətlərinə cavab verir. Beynəlxalq hüququn prinsiplərinə əsasən xalqlar, dövlətlər bir- birinin ərazisinə hörmətlə yanaşmalı, sərhədlər tanınmalıdır. Dövlətlər bir -birinin müstəqilliyinə hörmətlə yanaşmalıdır.
Azərbaycan bu gün ortaya qoyduğu və diktə etdiyi həmin 5 maddə beynəlxalq münasibətlər sistemini tərkib hissəsidir və bundan sonrakı dönəmdə Ermənistan tərəfinin avropalıların özü də həmişə erməniləri müdafiə edirdilər. Amma bu gün görünür ki, bölgəyə gəlməli olan sülh, davamlı sülh, artıq bu məsələləri ikinci plana qoyubdur. Çünki həll olunmamış problemlər axırda dünyamızın taleyinə öz mənfi təsirini göstərmiş olur.Avropa özünü hansı problemlərlə üz-üzə qoyduğunu bu gün biz şahidləriyik. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə aparılan bu günki sülh təkcə Azərbaycan, Ermənistana deyil, bütövlükdə cənubu Qafqaza gətiriləcək sülhün rüşeyimləridir,sülhün başlanğıcıdır.
Ermənistan köhnə xəyallarından əl çəkmək istəmir. Ermənistan hakimiyyəti və ermənilər reallıq hissini itiriblər. Onlar hazırda bölgədə proseslərə təsir edə biləcək gücə malik deyillər. Azərbaycanın diktəsi olmadan cənubu Qafqazda heç bir lahiyyə həyata keçirilə bilməz. Ermənistanın apardığı siyasəti nəticəsində ermənistan özünü təcrid vəziyyətinə salıbdir. Nə iqtisadiyyatı, nə siyasəti, nə hərbisi, nə də mənəvi-psixoloji durumu imkan vermir ki, Ermənistan bölgədə sülh sahibinə çevrilə bilsin. Artıq özləridə dərk edirlər ki, nəyin ki, ATƏT Dağlıq Qarabağ mövzusu tarixə çevrilib. Artıq Qarabağ adlı problem qalmayıbdır. Artıq Azərbaycan heç olmasa bütün sərhədlərini tamamilə təmin etmiş bir dövlətdir. Artıq Azərbaycanla 1992-1993 cü ilin dilində danışmaq mümkün deyil.cənab Prezident İlham Əliyev qeyd edir ki, bölgədə sülh sazişinin imzalanması əslində Ermənistanın xeyrinədir. Sərhədlər açılar kominikasiyalar bərpa olar iqtisadi əlaqələr bərpa olar.
Ermənistan seçim etməlidir öz milləti üçün Ermənistan öz milləti haqqında heç vaxt düşünməyib. Kiminsə əlidə alt olub.
Azərbaycanın milli maraqlarını uca tutan, Prezident İlham Əliyevin prinsipial mövqeyi hərb, diplomatiya meydanında olduğu kimi, informasiya savaşında da uğurlarımızı şərtləndirirdi və tarixi Qələbəmizin əsası qoyuldu. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi biz döyüş meydanında da, informasiya məkanında da, siyasi müstəvidə də Qələbə qazandıq. Dövlətimizin başçısı birmənalı olaraq bildirib ki, Azərbaycanın işi haqq işidir və Qarabağ Azərbaycandır!

Əzra Həşimova- Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı.