27 İyul 2024

“Bioloji Müxtəliflik Günü” “Ağgöl Milli Park”ında qeyd edilib

Mayın 22- də “Bioloji Müxtəliflik Günü” münasibətilə Ağgöl Milli Parkında tədbir təşkil edilib.

LİVEPRESSİN xəbərinə görə tədbirdə 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri İsrafil Paşayev, Qarabağ İqtisadi Rayonunun Turizm İnformasiya Mərkəzinin rəisi Hikmət Heydərov, Ekoloji İnformasiya İctimai Birliyinin sədri Musa Muradlı iştirak edib.

Tədbirdə bioloji müxtəliflik gününün yaranması barədə məlumat verilib. Ekoloji məsələlərdən danışılıb. Ətraf mühitlə bağlı məsələlərdə hər kəsin fəal mövqe nümayiş etdirilməli olması vurğulanıb.

Park əməkdaşları qonaqlara Ağgöl barədə ətraflı məlumat verərək onları ərazidəki mövcud infrastrukturla tanış ediblər.