27 İyul 2024

Bərdədə şəhid Behbudlu Behbud Rübail oğlunun doğum günü qeyd olunub

Bərdənin Mustafaağalı kəndindən olan şəhidin doğum günü münasibətilə məzarı ziyarət edilib xatirəsi anılmışdır.
Şəhid Behbudlu Behbud Rübail oğlu 09.09.2001-ci il tarixdə Bərdə rayon Mustafaağalı kəndində anadan olub. 2020-ci il sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan  Vətən müharibəsində Kəlbəcərin azad edilməsində iştirak etmiş və elə orada  şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə Əsgər Behbudlu Behbud Rübail oğlu ölümündən sonra  “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmişdir.

Allahdan şəhidimizə rəhmət diləyirik!