27 İyul 2024

Şəhid Əsəd Məmmədov 30 il sonra torpağa tapşırılıb

Bu gün 1993-ci ilin 31 avqustunda Füzulidə gedən döyüşlərdə şəhid olmuş Məmmədov Əsəd Məmməd oğlu 30 il sonra Ağstafa rayonunun Eynallı kəndində torpağa tapşırılıb.

İlk öncə şəhidimizin doğma evində vida mərasimi keçirilib. Şəhidimizlə vida mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev və təşkilatın əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidimizin ailə üzvləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Vida mərasimində çıxış edənlər şəhidimizin ailəsinə Allahdan səbr diləyiblər.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Əsəd Məmmədovun tabutu üzərindəki dövlət bayrağını şəhidin ailəsinə təqdim edib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!