27 İyul 2024

Bərdədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın hesabat tədbiri keçirilmişdir

Bərdə Rayon İcra Hakimiyyəti yanında yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın təşkilatçılığı ilə Bərdə RİH-in iclas zalında keçirilən hesabat tədbirini giriş sözü ilə açan RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səbuhi Qasımov öncə komissiyanın işinə uğurlar arzulayıb, ailə, qadın və uşaq məsələlərinin aktuallığı barədə danışaraq, komissiyanın öz işini bu sahədə qarşıya qoyulmuş vəzifələrin həllinə uyğun həyata keçirdiyini diqqətə çatdırıb.

Sonra komissiyanın sədri Səfurə Hümbətovanın dekabr-yanvar ayı ərzində görülmüş işlərbarədə geniş məruzəsi dinlənilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiya tərəfindən görülən işlər barədə hesabatı təqdim edib. Bildirib ki, hesabat dövründə komissiya tərəfindən18 tədbir keçirilib. Hesabat dövründə vətəndaşların komissiyaya daxil olmuş 200-dən artıq yazılı, həmçinin şifahi müraciətləri ilə bağlı müvafiq tədbirlər görülüb. 60 nəfərdən çox aztəminatlı ailəyə müxtəlif yardımlar edilib. Bununla yanaşı müxtəlif problemlər ilə müraciət edən ailələr dinlənilib, hər biri ilə ayrı-ayrılıqda danışıqlar aparılmış, müvafiq addımlar atılmışdır.

Sonra RİH-in İnformasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçisi Şəmsiyyə Abbaszadə, QRGİİ-nin Bərdə rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Fidan Nəsirli, DİM-nin rayon şöbəsinin aparıcı məsləhətçisi Kəmalə Ağayeva, şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Liza Cabbarova çıxış edərək fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər. Sonda komissiyanın fəal qadınları öz fikirlərini səsləndirmiş, onlara göstərilən qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər.