27 İyul 2024

Bərdə məntəqələrində seçki müşahidələri- fotolar

99 saylı Bərdə Seçki Dairəsinin 8 saylı,14 saylı, 16 saylı məntəqələrində, eyni zamanda 97 saylı Tərtər-Naftalan-Goranboy SD-nin 9 saylı məntəqəsində səsvermə xüsusilə yüksək səviyyədə təşkil olunub.

Fevralın 7 -si ölkəmizdə növbəti tarixi hadisəyə imza atıldı. Azərbaycanda növbəti prezident seçkilərinin keçirilməsi ilə yadda qaldı.

Media1.az -ın xəbərinə görə seçkini çoxsaylı vətəndaş cəmiyyəti instutlarının müşahidəçiləri izləyib. Milli QHT forumunun müşahidəçiləri Bərdə , Ağdam, Tərtər Seçki Dairələrinin məntəqələrində olmaqla obyektiv müşahidə həyata keçiriblər.

Milli QHT Forumunun 5 nəfərlik qrupu Bərdə , Ağdam, Tərtər rayonlarında müşahidə aparıblar. Müşahidə qrupunun rəhbəri Musa Muradlı olmaqla Rafiq Hüseynov, Vüsal Bayramov, Vüsal Məmmədov, Mirələm Əhmədov qrupun tərkibində fəaliyyət göstəriblər.

Müşahidə missiyasının rəhbəri Musa Muradlının bildirdiyinə görə seçki məntəqələrində seçicilərin fəallığı yüksək səviyyədə müşahidə olunub. Seçicilərə səsvermə hüququnu reallaşdırmaq üçün hərtərəfli şərait yaradılıb. 99 saylı Bərdə Seçki Dairəsinin 8 saylı,14 saylı, 16 saylı məntəqələrində, eyni zamanda 97 saylı Tərtər-Naftalan-Goranboy SD-nin 9 saylı məntəqəsində səsvermənin təşkili xüsusilə yüksək səviyyədə təşkil olunub.