27 İyul 2024

Azay Quliyev seçicilərilə görüşdü, problemlərə dair qərarlar verildi – FOTOLAR

Bu gün deputat Azay Quliyev 9-cu mikrorayon Mir Cəlal küçəsi 29k, 59k, 61, 63, 63c, saylı, Adil Məmmədov küçəsi 56, 85, 87, 119 saylı və Hüseyn Seyidzadə küçəsi 38 saylı binaların həyətində seçiciləri ilə görüş keçirib.

Musavat.com xəbər verir ki, seçicilər onları narahat edən bir sıra məsələləri deputatın diqqətinə çatdırıblar.

Görüşdə iştirak edən mərkəzi və yerli icra hakimiyyət orqanlarının nümayəndələri, o cümlədən rayon bələdiyyəsinin rəhbəri seçicilərin qaldırdığı məsələlərin həlli ilə bağlı konkret qərarlar qəbul ediblər.

Deputat vətəndaşları narahat edən digər məsələlərin də araşdırılıb həlli ilə bağlı müvafiq addımların atılacağını bildirib.

Görüşdə Binəqədi bələdiyyəsinin sədri müavini Toğrul Babayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin Bakı filialının müdir müavini Cahandar Axundov və Binəqədi rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsi Dilbər Şükürova iştirak edib.

Media1.az